Ümumi müddəalar
Hazırkı «Məxfilik siyasəti» (bundan sonra — Siyasət) «OMİD» MMC-yə məxsus OMİD Mobil
Tətbiqi (bundan sonra «Tətbiq» adlandırılacaq) üzrə təqdim edilən xidmətlərdən istifadə
edilən zaman İstifadəçilərin təqdim etdiyi məlumatların toplanılması, saxlanılması,
işlənməsi, istifadəsi və müdafiəsi qaydalarını müəyyən edir.
Tətbiqdən istifadə istifadəçinin bu Siyasətə və onunla müəyyən edilmiş şəxsi
məlumatlarının işlənməsi şərtlərinə qeyd-şərtsiz razılığını ehtiva edir.
Tətbiq tərəfindən qəbul edilən və işlənən şəxsi məlumatlar
Bu Siyasət çərçivəsində «şəxsi istifadəçi məlumatları» dedikdə istifadəçinin tətbiqdən
istifadə müddətində özü haqqında müstəqil şəkildə verdiyi fərdi məlumatlar başa düşülür.
«OMİD» MMC tərəfindən Sizin kimliyinizi müəyyənləşdirə biləcək hər hansı məlumat
toplanılmır.
Tətbiq üzrə xidmətlərdən istifadə zamanı tərəfimizdən Sizə aid aşağıdakı məlumatlar toplanılır:
- İstifadəçinin Tətbiqdə qeydiyyatı və daxil olması üçün istifadəçinin mobil nömrəsi;
- İstifadəçinin özü tərəfindən təqdim etdiyi uçot məlumatları — adı, soyadı, elektron poçt ünvanı;
-
Tətbiqdən istifadə edilən mobil qurğuya dair məlumatlar — istifadəçinin yerləşməsi və
yerdəyişməsi, qurğunun modeli, markası, əməliyyat sistemi və sistemin versiyası, mobil
şəbəkə, IP ünvan;
- İstifadəçinin Tətbiq üzrə həyata keçirdiyi əməliyyatlar ilə əlaqədar digər məlumatlar.
Məlumatların saxlanması və istifadə olunması
Toplanılan məlumatlar təhlükəsiz surətdə «OMİD» MMC-yə məxsus məlumat bazalarında
saxlanılır.
Əldə olunan məlumatlar aşağıda göstərilən məqsədlər üçün istifadə edilə bilər:
- Tətbiq üzrə göstərilən xidmətlərin icra edilməsi və xidmətlərin keyfiyyətinin artırılması;
- İstifadəçinin Tətbiq üzrə onlayn xidmətlərdən və Tətbiqlərdən istifadə etməsi;
- İstifadəçi ilə sualları və rəyləri ilə bağlı əlaqə saxlanılması.
Əldə olunan məlumatlar qanunla və hazırkı Siyasət ilə nəzərdə tutulmuş hallar istisna
olmaqla, üçüncü şəxslərə ötürülə bilməz.
«OMİD» MMC tətbiqin istifadəçilərinin fərdi məlumatlarını emal edərkən Azərbaycan
Respublikasının qanunvericiliyini rəhbər tutur.
Məlumatlar tətbiqin xidmət səviyyəsinin artırılması və fəaliyyəti ilə əlaqədar xidmətlərin
icra edilməsi üçün üçüncü şəxslərə ötürülə bilər.
Kukilər və push-bildirişlər
«OMİD» MMC müvafiq məlumatların saxlanılması üçün kukilərdən (cookies) və oxşar
texnologiyalardan istifadə edə bilər.
Tətbiqdən istifadənizin rahatlığı üçün ondan istifadə edərkən push-bildirişlər (yeni
kampaniyalar, məhsullar, ödənişlər, fərdiləşdirilmiş bildirişlər və s.) təqdim edilə bilər.
Digər müddəalar
«OMİD» MMC hazırkı Məxfilik siyasətinə birtərəfli qaydada dəyişiklik edə, silə və ya
yeniləyə bilər. Məxfilik siyasətinin dəyişiklik edilmiş versiyası Tətbiqdə yerləşdirildiyi
andan qüvvəyə minir.
Azərbaycan Respublikasının qanunları bu Siyasətə və istifadəçi ilə «OMİD» MMC arasında
Məxfilik siyasətinin tətbiqi ilə əlaqəli münasibətlərə tətbiq olunur.
«OMİD» mobil tətbiqetməsinin istifadə şərtlərinə dair istifadəçi razılığı
Ümumi müddəalar
Bu İstifadəçi Müqaviləsi (bundan sonra — «Müqavilə») AZ1075, Bakı şəhəri, Nəriman Nərimanov
rayonu, Əhməd Rəcəbli küçəsi, ev 44 ünvanında yerləşən «OMİD» MMC (bundan sonra — «Şirkət»)
ilə mobil tətbiqetmədən istifadə edən şəxs (bundan sonra müvafiq olaraq — «İstifadəçi» və
«Tətbiq») arasındakı münasibətləri tənzimləyir. Bu Müqavilənin şərtləri Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsinə uyğun olaraq açıq təklifdir və Tətbiqdən
istifadə yalnız bu Müqavilənin şərtləri ilə mümkündür.
-
Tətbiqin aktivləşdirmə prosedurunun bu Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq (bundan
sonra — «Qeydiyyat») aparılması və tətbiqin istifadəsi bu Müqavilədə göstərilən bütün
şərtlərin qəbul edilməsinin təsdiqidir.
-
Şirkət Tətbiqdə qeydiyyat prosedurundan keçmiş və tətbiqi funksional məqsədinə uyğun
istifadə edən hər hansı bir şəxsi İstifadəçi kimi tanıyır.
-
İstifadəçi bu Müqavilənin şərtlərini qəbul edərək qeydiyyat zamanı təqdim etdiyi şəxsi
məlumatların Şirkət tərəfindən işlənməsinə razılığını təsdiqləyir.
- Bu Müqavilə Şirkət tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
- İstifadəçi təqdim etdiyi məlumatlardakı səhvləri ilə əlaqəli bütün mümkün riskləri öz üzərinə götürür.
Tətbiqin funksional imkanları
-
Tətbiq İstifadəçilərə yalnız mobil telefondan istifadə edərək şirkətin məhsulları,
kampaniyalar barədə məlumat əldə etmək, məhsulların sifarişini həyata keçirmək imkanı
verir.
- Tətbiqi istifadə etməzdən əvvəl İstifadəçi Qeydiyyat prosedurundan keçərək onu aktivləşdirir.
-
Şifrə Tətbiqdə icazə üçün istifadə olunur və onun təkrar səhv daxil edilməsi Tətbiqin
müvəqqəti bloklanmasına səbəb ola bilər.
İstifadəçinin hüquqları və öhdəlikləri
- İstifadəçi bu Müqavilənin şərtlərinə düzgün əməl etməyi öhdəsinə götürür.
-
İstifadəçiyə Tətbiqi yalnız şəxsi istifadə üçün istifadə etmək hüququ verilir. Bu halda
İstifadəçi Tətbiqdən yalnız bu Müqaviləyə uyğun olaraq istifadə edə bilər.
-
İstifadəçi mobil cihazının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirləri görməyi
öhdəsinə götürür və mobil cihazına üçüncü şəxslər tərəfindən daxil olması halında şəxsi
məsuliyyət daşıyır.
Şirkətin hüquqları və öhdəlikləri
-
Şirkət İstifadəçinin göstərdiyi e-poçt ünvanına və ya telefon nömrəsinə tətbiq və ya
məhsullar barədə hər hansı bir şəkildə məlumat göndərmək və ya Tətbiqin özündə müvafiq
məlumat yerləşdirmək hüququna malikdir.
-
Şirkət bu Müqavilənin 3-cü hissəsində göstərilən öhdəliklərin İstifadəçi tərəfindən
pozulduğunu aşkar edərsə, İstifadəçinin Tətbiqə girişini bloklamaq hüququna malikdir.
-
Şirkət istənilən vaxt Tətbiqi İstifadəçinin mobil cihazından silmək və ya istifadə etmək
imkanını bloklamaqla təşkilati və ya texniki səbəblərə görə bu Müqaviləni ləğv etmək
hüququnu özündə saxlayır.
Yekun müddəalar
-
Bu Müqavilənin icrası ilə əlaqədar hər hansı bir mübahisə və ya fikir ayrılığı meydana
gəldiyi təqdirdə, İstifadəçi və Şirkət bunları aralarında danışıqlar yolu ilə həll etmək
üçün səy göstərəcəklər. Mübahisələrin danışıqlar yolu ilə həll edilmədiyi təqdirdə,
mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada müvafiq səlahiyyətli məhkəmədə həll edilir.
-
Bu Müqavilə İstifadəçi üçün Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq qeydiyyatdan keçdiyi
andan qüvvəyə minir və Şirkətin təşəbbüsü ilə dəyişdirilənə və ya ləğv edilənədək
qüvvədədir.
-
Bu Müqavilənin hər hansı bir müddəası etibarsız sayılırsa, bu, Müqavilənin qalan
müddəalarının etibarlılığına və ya tətbiq olunmasına təsir göstərməyəcəkdir.